Sual-Cavaba keçid et

Yol vereqi, Yol vərəqi, Yuk masinlari ucun yol vereqi, Yük maşınları üçün yol vərəqi, Minik avtomobilleri ucun yol vereqi, Minik atomobilləri üçün yol vərəqi

YOL VƏRƏQİ

ŞƏHƏRDAXİLİ və ŞƏHƏRƏTRAFI SƏRNİŞİN AVTONƏQLİYYATI ÜÇÜN
YOL VƏRƏQİ

FORMA № YV-1

FORMA VƏ REKVİZİTLƏRİ VƏ ONLARDAN İSTİFADƏ QAYDALARI

  1. Bu qaydalar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanuna, “Maliyyə hesabatı kimi istifadə olunan biletlərin, qəbzlərin, talonların, putyovkalarıni və onlara bərabər tutulan digər sənədlərin hazırlanmasına xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təsdiq edilməsi haqqında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 1988-ci il tarixli 86 saylı Qərarına əsasən hazırlanmışdır.
  2. Şəhərdaxili və şəhərətrafı sərnişin avtonəqliyyatı üçün yol vərəqinin (forma № YV - 1 əlavə edir) forma və rekvizitləri və onlardan istifadə qaydaları göstərilən Qərarın 6.1.1. bəndinin tələblərinə uyğun hazırlanmışdır (bundan sonra ciddi hesabat blankları adlandırılacaqdır). Şəhərdaxili və şəhərətrafı sərnişindaşıma işini həyata keçirən avtonəqliyyat vasitələri (avtobuslar və s.) üçün tətbiq edilən yol vərəqələri (forma № YV -1) əsasında həmin avtonəqliyyat vasitələrinin ay ərzində marşrutlar üzrə hərəkəti və yanacaq sərfinin həcmi müəyyən edilir.
  3. Bu Qaydalar göstərilən ciddi hesabat blanklarının keyfiyyətinin artırılmasını və bu sahədə mühasibat uçotunun düzgün aparılmasını nəzərdə tutur. Göstərilən ciddi hesabat blankları onları tətbiq edən hüquqi (və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki) şəxslər tərəfindən çap ediləcək özəlinin uçot siyasətinə və bu qaydalara uyğun istifadə edilir.
  4. Ciddi hesabat blanklarının forma və rekvizitləri, onlardan istifadə qaydaları və eyni nömrə ilə çap ediləcək nüsxələrin miqdarı qanunvericilikdə nəzərdə tutulduğu kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edildikdən sonra yalnız onun xüsusi razılıq (lisenziya) verdiyi şəxs (mətbəə) tərəfindən sifarişçilərin vəsaiti hesabına çap edilib yayılır.
  5. Xüsusi razılıq (lisenziya) verilmiş şəxs (mətbəə) ciddi hesabat blanklarının üzərinə aşağıdakı rekvizitləri mütləq həkk edir:
- Sifarişçinin tam adını və vergi ödəyicisinin identifikasiya nömrəsini (VÖİN- ini); - Ciddi hesabat blanklarını çap edən mətbəənin özünümüdafiə məqsədilə özünün gizli nişanlarını (şərti qəbul edilmiş emblem, setka və s.) və VÖİN- ini; - Ciddi hesabat blanklarının seriya və nömrələrini; - Azərbaycan respublikası Maliyyə Nazirliyinin gerbi dairəvi möhürünün diametrinin 1-1,5 sm.-dək kiçildilmiş çoxrəngli formasını;
  1. Hər hansı bir sifarişçi üçün eyni adda, eyni seriyada və eyni nömrədə ciddi hesabat blankından təkrar çap etmək qadağan edilir.
  2. Ciddi hesabat blanklarının istifadəsinə nəzarət onun seriya və nömrələrinə əsasən həyata keçirilir.
  3. Xüsusi razılıq (lisenziya) verilmiş şəxs (mətbəə) ciddi hesabat blanklarının adını, seriyasını, nömrəsini və digər lazımi göstəricilərini, eyni zamanda onları sifariş verən şəxsin (sifarişçnini ) tam adını, VÖİN-ini, ünvanını və digər lazımi göstəricilərini özündə əks etdirən məlumatı hər ay Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Baş Dövlət Vergi Müfəttişliyinə təqdim edir.
  4. Ciddi hesabat blankları qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəssisənin anbarında saxlanılmaqla uçotu aparılır, müəssisə rəhbərinin icazəsi ilə anbardan təhtəlhesab şəxslərə (icraçılara) qaimə-faktura əsasında verilir və onlara tam maddi-məsuliyyət barədə nümunəvi fərdi müqavilə bağlanılır. Verilmiş. ciddi Hesabat blanklarının uçotu 006 saylı (büdcə idarələrində 004 saylı) “Ciddi hesabat blankları” adlı balansarxası hesabda, mədaxil və məxaric üzrə hərəkətinin qeydiyyatı isə əmlakın (qiymətlərin) uçot kartı F N 1 Q-də materialların uçotu qaydasında aparılır.
  5. Ciddi hesabat blanklarını cırmaq, pozmaq, ləkələmək və onların üzərində düzəliş aparmaq olmaz (korlanmış ciddi hesabat blanklarının əvəzinə başqası doldurulur). Korlanmış ciddi hesabat blankları müvafiq qaydada mühasibata təhvil verilir. Həmin blanklar yoxlama {təftiş) keçirildikdən sonra sənədlərin arxivə təhvil verilməsi üçün mövcud olan qaydalar əsasında arxivə təhvil verilir.
  6. “Şəhərdaxili və şəhərətrafı sərnişin avtonəqliyyatı üçün yol vərəqi” marşrut xətlərinə çıxan müxtəlif markalı avtonəqliyyat vasitəsinə verildiyindən onların rekvizitləri xüsusiyyətlərinə uyğun olaraq doldurulur.
“Şəhərdaxili və şəhərətrafı sərnişin avtonəqliyyatı üçün yol vərəqi”nin (bundan sonra “yol vərəqi”), üz səhifəsində Nazirlik, Şirkət, Departament və s. yuxarı təşkilatın adı, baş idarə, birlik, Avtokombinat müəssisə və ya idarənin adı və nömrəsi, yol vərəqinin yazıldığı gün, ay və il göstərilir. Sürücünün adı, atasının adı, soyadı, sürücünün tabel nömrəsi, sürücülük vəsiqəsinin dərəcəsi, avtonəqliyyatın markası, Dövlət və qaraj nömrəsi rekvizitləri avtonəqliyyat vasitəsi işə göndərən işçi-”dispetçer” tərəfindən doldururlur. Dövlət yol polisi, hərəkət təhlükəsizliyi, xətt dispetçeri və s. işçilər üçün nəqliyyat vasitələrinin işi haqqında “xüsusi” qeydlər üçün boş yerlər saxlanılır. “Tarix” qarşısında ayın günləri üzrə işə çıxmalar zamanı qeydiyyatlar aparılır. “Tibbi baxışdan keçmə haqqında qeyd” rekvizitinə müəssisənin tibb işçisi tərəfindən sürücünün sağlam olması haqqında qeyd edilir. “Yanacaq sərfi” rekvizitinin “verilib” qrafasında gün ərzində sürücüyə verilmiş yanacağın miqdarı hər gün yazılır. Sürücü yanacağı aldığı üçün, yanacaq verən isə yanacaq verdiyi üçün uyğun qaydalarda imza edirlər. “Gündəlik yürüş” qrafasının rekviziti avtonəqliyyat vasitəsinin həmin gün işlədiyi marşrutu və xidmət üzrə qrafikdə nəzərdə tutulmuş yürüş, “faktiki” rekvizitində isə gün ərzində faktiki olaraq qət edilən məsafə dispetçer tərəfindən doldurulur. Yol vərəqi verilən ayın əvvəlinə avtonəqliyyat vasitəsinin (avtobusun və s.) bakında olan yanacaq qalığı, cəmi cari ayda sürücüyə verilən yanacaq, cari ayda sonuna bakda qalan yanacağın miqdarı, yanacaq-sürtgü materialları üzrə mühəndis tərəfindən yazılır və imzası ilə təsdiq edilir. Rekvizitlərin düzgün doldurulması istismar şöbə rəisi və baş dispetçer tərəfindən imza ilə təsdiq edilir. Yol vərəqinin ikinci səhifəsinin tarix sütununda cari ayın günləri üzrə avtonəqliyyat vasitəsi xəttə çıxdıqda qeydlər aparılır. Həmin günlərdə avtonəqliyyat vasitəsinin hansı marşrut və xidmət üzrə işləməsi, işlədiyi müddətdə plan üzrə edəcəyi reyslərin sayı, fakt üzrə marşrutdan gələn gəlir “parkın dispetçeri tərəfindən yazılır və imzası ilə təsdiq edilir. “Avtonəqliyyat vasitəsi texniki cəhətdən sazdır” sütununda avtonəqliyyat vasitəsini texniki saz halda qəbul etdiyi üçün sürücü və texniki saz halda xəttə çıxmasına icazə verdiyinə görə mexanik imza edir. “Xəttə çıxış vaxtı” rekvizitindəki “qrafik” və “faktiki” sütunlarında qrafik üzrə və faktiki xəttə çıxış vaxtları mexanik tərəfindən yazılır. “Faktiki reyslərin sayı” məntəqə dispetçerləri tərəfindən yazılır, hər gün üçün onun imzası və möhürü ilə təsdiq edilir. “Xətdən qayıtma vaxtı” rekvizitindəki “qrafik” və “faktiki” sütununda avtonəqliyyat vasitəsinin qrafik üzrə və faktiki xətdən qayıtma vaxtı mexanik tərəfindən yazılır və avtonəqliyyat vasitəsini xətdən qəbul etdiyi üçün imza edilir. Cari ay başa çatdıqdan sonra yol vərəqi baş dispetçer və istismar şöbə rəisi tərəfindən yoxlanılır və imza edilir. Hər bir yol vərəqinə müəssisə və idarələrin iş xüsusiyyətlərinə uyğun olaraq “marşrut” vərəqi və ya “yol vərəqinə əlavə” əlavəsi verilə bilər. Hər ayın (müəssisə və idarələrin iş xüsusiyyətinə uyuğun olaraq həftənin, on günlüyün və s.) sonunda tam doldurulmuş və yoxlanılmış “yol vərəqələri” hesabat qaydasında avtonəqliyyat vasitəsi sahiblərinin müvafiq mühasibatlığına təhvil verilir.
  1. Bu Qaydaların tələblərini pozanlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
Forma № НМ-1 AVTONƏQLİYYAT VASİTƏSİNİN GÜNLƏRİ ÜZRƏ İŞİ

YÜK AVTONƏQLİYYATI ÜÇÜN
YOL VƏRƏQİ

FORMA № YV-2

FORMA VƏ REKVİZİTLƏRİ VƏ ONLARDAN İSTİFADƏ QAYDALARI

  1. Bu qaydalar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 1998-ci il tarixli 86 saylı Qərarı ilə təsdiq edilmiş “Maliyyə hesabatı kimi istifadə olunan biletlərin, qəbzlərin, talonların, putyovkaların və onlara bərabər tutulan digər sənədlərin hazırlanmasına xüsusi razılıq (lisenziya) verilməsi qaydaları”na əsasən hazırlanmışdır.
  2. “Yük avtonəqliyyatı üçün yol vərəqi” (forma № YV-2 əlavə edilir) yuxarıda göstərilən qaydaların1.1. bəndinin tələblərinə uyğun hazırlanaraq həmin blankların keyfiyyətinin artırılması və bu sahədə mühasibat uçotunun avtomatlaşdırılmasının düzgün aparılması üçün nəzərdə tutulmuşdur (bundan sonra ciddi hesabat blankı adlandırılacaqdır). Şəhərlərarası, şəhərdaxili və şəhərətrafı yük daşıyan nəqliyyat vasitəsinin işini həyata keçirmək üçün tətbiq edilən bu yol vərəqi əsasında həmin nəqliyyat vasitəsinin gün ərzində (iş xüsusiyyətlərinə uyğun olaraq həftə, 10 gün, ay və s.) gördüyü işin və sərf etdiyi yanacağın həcmi müəyyən edilir.
  3. Göstərilən ciddi hesabat blankları onları tətbiq edən hüquqi və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən, forma və rekvizitləri və onlardan istifadə qaydaları və eyni nömrə ilə çap ediləcək nüsxələrin miqdarı qanunvericilikdə nəzərdə tutulduğu kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hazırlanıb təsdiq edildikdən və Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alındıqdan sonra yalnız Maliyyə Nazirliyinin xüsusi razılıq (lisenziya) verdiyi şəxslərdən (mətbəələrdə) sifarişçilərin vəsaiti hesabına çap etdirilərək özlərinin uçot siyasətini və bu Qaydalara uyğun istifadə edilir.
  4. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilmiş şəxs (mətbəə) ciddi hesabat banklarının üzərinə aşağıdakı rekvizitləri mütləq həkk edir:
  • Sifarişçinin tam adını və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN-ini);
  • Ciddi hesabat blanklarını çap edən mətbəənin özünü müdafiə məqsədilə özünün gizli nişanlarını (şərti qəbul edilmiş emblem, tor və s.) və VÖEN-ini;
  • Ciddi hesabat blanklarının seriya və nömrələrini;
  • Azərbaycan Respublikası Maliyyə Nazirliyinin gerbli dairəvi möhürünün diametrinin 1-1,5 sm.-dək kiçildilmiş çoxrəngli formasını.
  1. hər hansı bir sifarişçi üçün eyni adda, eyni seriyada vş eyni nömrədən ciddi hesabat blanklarından təkrar çap etmək qadağan edilir.
  2. Ciddi hesabat blanklarının istifadəsinə nəzarət onun seriya vəş nömrələrinə əsasən həyata keçirilir.
  3. Xüsusi razılıq (lisenziya) verilmiş şəxs (mətbəə) çap etdiyi ciddi hesabat blanklarının adını, seriyasını, nömrəsini və digər lazımi göstəricilərini eyni zamanda onları sifariş verən şəxsin (sifarişçinin) tam adını, VÖEN-ini, ünvanını və digər lazımi göstəricilərini özündə əks etdirən məlumatı hər ay Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Vergilər Nazirliyinə təqdim edir.
  4. Ciddi hesabat blanklarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəssisənin anbarında saxlanılmaqla uçotu aparılır, müəssisə rəhbərinin icazəsi ilə anbardan təhtəlhesab şəxslərə (icraçılara) qaimə - faktura əsasında verilir və onlarla tam maddi-məsuliyyət barədə nümunəvi fərdi müqavilə bağlanılır. Verilmiş ciddi hesabat blanklarının uçotu 006 saylı (büdcə idarələrində 004 saylı) “Ciddi hesabat blankları” adlı balansarxası hesabda, mədaxil, məxaric üzrə hərəkətinin qeydiyyatı isə əmlakın (qiymətlilərin) uçot kartı forma №-1Q-də materialların uçotu qaydasında aparılır.
  5. Ciddi hesabat blanklarını cırmaq, pozmaq, ləkələmək və onların üzərində düzəliş aparmaq olmaz (korlanmış ciddi hesabat blanklarının əvəzinə başqası doldurulur). Korlanmış ciddi hesabat blankları müvafiq qaydada mühasibata təhvil verilir və müəyyən dövrdə mühasibata yoxlama (təftiş) keçirildikdən sonra həmin blanklar mövcud qanunvericiliyə uyğun arxivə təhvil verilir.
  6. “Yük avtonəqliyyatı üçün yol vərəqi” (forma № YV-2) xəttə çıxan müxtəlif markalı yük daşıyan nəqliyyat vasitələrinə verildiyindən onların rekvizitləri iş xüsusiyyətlərinə uyğun olaraq yoldurulur.
“Yük avtonəqliyyatı üçün yol vərəqi”nin (bundan sonra “yol vərəqi”) üz səhifəsinin başlığında Nazirlik, Şirkət, Departament və s. yuxarı təşkilatların baş idarə, birlik, avtokombinat, müəssisə və ya idarənin adı, yol vərəqinin yazıldığı tarix (gün, ay və il) göstərilir. Yol vərəqinin I bölməsində sürücünün adı, soyadı, atasının adı; sürücülük vəsiqəsinin qeydiyyat nömrəsi və dərəcəsi; nəqliyyat vasitəsinin adı, markası, dövlət qeydiyyat nişanı; qoşqu - yarımqoşqunun dövlət qeydiyyat nişanı; yük avtomobilinin getdiyi marşrutun istiqaməti; xüsusi razılıq (lisenziya) vərəqəsinin rekvizitləri (seriya, nömrə və verildiyi tarix) - yük avtomobilini göndərən dispetçer tərəfindən doldurulur. Dövlət yol polisinin, hərəkət təhlükəsizliyinin, xətt və s. işçiləri üçün nəqliyyat vasitələrinin işi haqqında “xüsusi” qeydləri üçün boş yerlər saxlanılır. I Tapşırıq cədvəlinin sol tərəf hissəsində “Göndərilir” rekvizitində sifarişçinin adı, ünvanı, işin və ya tapşırığın icrasına dair müqavilənin I-si, yük avtomobilinin göndərildiyi tarix; “Yol vərəqini verən məsul şəxs” rekvizitində isə dispetçerin soy adı, adı, atasının adı üzrə məlumatlar işin, tapşırığın icraçısı olan avtonəqliyyat müəssisəsinin dispetçeri tərəfindən doldurulur və imzası ilə təsdiq edilir. “Xəttə çıxma vaxtı”, “Xəttdən qayıtma vaxtı” rekvizitlərindəki “tapşırığa görə” (nəqliyyat vasitəsinini qrafik üzrə xəttə çıxma vaxtları) və “faktiki” (nəqliyyat vasitəsinini faktiki xəttdən qayıtma vaxtları) sütunları üzrə məlumatlar dispetçer, “Sayğacın göstəricisi, km.” rekviziti üzrə məlumatlar isə növbətçi mexanik tərəfindən doldurulur. Bundan başqa mexanik nəqliyyat vasitəsinini texniki cəhətdən saz halda olduğuna görə xəttdə çıxmaq üçüün icazə verdiyini və xəttdən qayıdanda yük avtomobilini qəbul etdiyini; sürücü isə nəqliyyat vasitəsinini texniki cəhətdən saz halda qəbul etdiyini nə xətdən qayıdanda yük avtomobilini təhvil verdiyini imzaları ilə təsdiq edir, soy adlarını, adlarını, atalarının adlarını qeyd edirlər. I Tapşırıq cədvəlinin sağ tərəf hissəsində “Yanacaq (litrlə)” rekvizitində işin əvvəlinə yük avtomobilinin bakında olan yanacaq qalığına; sürücüyə tapşırığın icrası üçüün verilmiş yanacağın miqdarına (litrlə); iş ərzində sərf olunmuş yanacağın (norma üzrə və faktiki) miqdarına və işin sonuna avtomobilin bakında olan qalığına dair məlumatlar yanacaq-sürtgü materialları üzrə məsul şəxs tərəfindən doldurulur və adını, soy adını, atasının adını qeyd etməklə dürüstlüyünü imzası ilə təsdiq edilir. Əkər yanacaqdoldurma məntəqəsi yoxdursa, alınacaq yanacağın pulu sürücüyə mühasibatlıq tərəfindən verilir və pulu verən kassir vəsaitin miqdarını imzası ilə təsdiq edir. Sürücü yanacağı və ya yanacağa görə aldığı vəsait üçün, müvafiq qaydada imza edir. I Tapşırıq cədvəlinin yanacaq üzrə hissəsinin doldurulması yalnız dövlət müəssisəsi üçün məcburidir. Tapşırığa görə sərf olunacaq yanacağın miqdarı hər bir yük avtomobili üçün istehsalçı zavod tərəfindən 100 km yürüş üçün müəyyən olunmuş normalara əsasən, konkret şəraitə, mövcud normativ-hüquqi aktlara uyğun düzəlişlər aparılmaqla, differensasiya edilmiş xətti yanacaq normaları avtonəqliyyat müəssisəsinin və ya onun baş idarəsinin rəhbərliyi tərəfindən müəyyən edilir və təsdiq edilir. Sürücü tapşırığı yerinə yetirdikdən sonra yol vərəqini 3 gün müddətində avtonəqliyyat müəssisəsinin mühasibatlığına təqdim etməlidir. Yol vərəqinin talonunun surəti avtonəqliyyat müəssisəsinin məsul şəxsi tərəfindən tapşırıq yerinə yetirildikdən sonra doldurularaq nəqliyyat xidmətinə görə haqq-hesab hesablamaqla “kəsmə xətti” üzrə kəsilərək ödəniş aparılması üçün hesab-faktura ilə birlikdə sifarişçiyə təqdim olunur (göndərilir). Yol vərəqinin arxa hissəsində IIIII bölmələrin rekvizitləri doldurulur. II bölmədə nəqliyyat vasitəsinin gün ərzində (iş xüsusiyyətlərinə uyğun olaraq həftə, 10 gün, ay və s.) gördüyü iş haqqında məlumatlar əks etdirilir və avtomobildən istifadə edən sifarişçi tərəfindən imza ilə təsdiq edilir. Hər günün sonunda (müəssisə və idarənin iş xüsusiyyətlərinə uyğun olaraq həftənin, öngünlüyü və s.) tam doldurulmuş, dispetçer və istismar şöbəsinin rəhbərliyi tərəfindən yoxlanılmış yol vərəqələri hesabat qaydasında nəqliyyat vasitəsi müvafiq idarənin, müəssisənin mühasibatlığında reyestrlə təhvil verilir. Mühasibatlıq öz növbəsində yol vərəqində sifarişçi tərəfindən istifadə edilən nəqliyyat vasitəsinin xidmətinin dəyərinin haqq-hesabını yol vərəqinin III böməsində əks etdirir. III bölmədə (yol vərəqinin talonu) qeydlər aparıldıqdan və yol vərəqinin (forma N YV-2) bütün rekvizitləri (üz və arxa hissələri üzrə) doldurulduqdan sonra ciddi hesabat blankı kimi avtonəqliyyat müəssisəsinin mühasibatlığında saxlanılır.
  1. Bu Qaydaların tələblərini pozanlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Nəqliyyat vasitəsinin gördüyü iş: