Sual-Cavaba keçid et

Rüsumlar, Dövlət rüsumları, Dovlet rusumlari, Muherrik rusumu, avto rusum, avtomobil rusumu yoxla, avto gomruk rusumu, rastamoska rusumu, raztamoska rusumu, gomruk rastamowka rusum, Gömrük rüsumu, Avtomobilin gömrük rüsumu

DÖVLƏT RÜSUMLARI

Dövlət rüsumu haqqında Qanun

Maddə 10. Notariuslar və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına, notariatfəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə və onun müddətinin uzadılmasına görə dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər Rüsumun məbləği
10.11. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi üçün:  
10.11.1. etibarnamə təmsil edilənin ərinə (arvadına), uşaqlarına, valideynlərinə, babasına, nənəsinə, nəvəsinə, qardaşına, bacısına verilərsə 35 manat
5.25 manat xidmət haqqı
10.11.2. etibarnamə digər şəxslərə verilərsə 70 manat
10.50 manat xidmət haqqı
10.12. Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqi üçün:  
10.12.1. etibarnamə təmsil edilənin ərinə (arvadına), uşaqlarına, valideynlərinə, babasına, nənəsinə, nəvəsinə, qardaşına, bacısına verilirsə 10 manat
10.12.2. etibarnamə digər şəxslərə verilirsə 15 manat
10.15. Vəsiyyətnamələrin təsdiqi üçün 15 manat
10.16. Notariat qaydasında təsdiq edilmiş sənədlərin təkrarən verilməsi (dublikat) üçün 6 manat
10.17. Sənədlərdəki imzanın həqiqiliyinin, həmçinin tərcüməçinin imzasının həqiqiliyinin (hər imza üçün) təsdiqi üçün 3 manat
10.18. Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün 1,5 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün ikinci səhifədən başlayaraq hər səhifəyə görə 0,50 manat

Nəqliyyat vasitələrinin qeydiyyat rüsumu

18.65.3. Nəqliyyat vasitələrinin qeydiyyatına (təkrar qeydiyyatına, daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə:

18.65.3.1. minik avtomobillərinin yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları ilə əlaqədar, habelə bu Qanunun 18.65.3-1-ci maddəsində nəzərdə tutulmayan digər hallarda avtonəqliyyat vasitələri üçün - 20 manat;

18.65.3.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün - 10 manat;

Minik avtomobilinin mühərrikinin həcmi Dövlət rüsumunun məbləği
18.65.3-1.1.
2000 kub/sm-dək olduqda
mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat
18.65.3-1.2.
3000 kub/sm-dək olduqda
100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat
18.65.3-1.3.
4000 kub/sm-dək olduqda
200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat
18.65.3-1.4.
5000 kub/sm-dək olduqda
400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat
18.65.3-1.5.
5000 kub/sm-dən çox olduqda
1500 manat

Qeydiyyat şəhadətnaməsi rüsumu

18.65.7. Qeydiyyat şəhadətnaməsinin verilməsi:

18.65.7.1. avto-moto nəqliyyat vasitələri üçün - 30 manat;

18.65.7.2. traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün - 10 manat;


Sürücülük vəsiqəsi rüsumu

18.65.4. Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə:

18.65.4.1. avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının sürücülük vəsiqəsi üçün - 40 manat;

18.65.4.1-1. avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə - 20 manat;

18.65.4.2. digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün - 10 manat;

18.65.5. Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi:

18.65.5.1. avto-moto nəqliyyat vasitələri üçün - 30 manat;

18.65.5.1-1. beynəlxalq sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi üçün - 12 manat;

18.65.5.2. traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün - 10 manat;


Dövlət qeydiyyat nişanları rüsumu

18.65.6. Dövlət qeydiyyat nişanlarının verilməsinə görə:

18.65.6.1. avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə:

Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası Dövlət rüsumunun məbləği
seriyası müxtəlif hərflərdən ibarət olduqda seriyası eyni hərflərdən ibarət olduqda
001, 002, 003, 004, 005, 006, 007, 008, 009 2000 3000
100, 200, 300, 400, 500, 600, 700, 800, 900 1500 2000
111, 222, 333, 444, 555, 666, 777, 888, 999 1000 1500

18.65.6.2. bu Qanunun 18.65.6.1-ci maddəsinin cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə - 30 manat;

18.65.6.3. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün dövlət qeydiyyat nişanlarının verilməsinə görə - 15 manat;