AvtoStop

AvtoStop, AvtostopAZ, AVTOSTOP.AZ, AvtoStop sual-cavab, Sual-Cavab, Suallar, Cavablar, Prava almaq, DYP, YPX, Cerime yoxlanisi, DYP cerime odenisi, onlayn cerime odenisi, BNA cerime odenisi, DYP Cərimə ödənişi, Cerimeni oyren, Cerimeni oyrenmek, Cerime yoxlamaq, DYP cerime, BNA cerime, dyp cerime yoxla, MMX cerime, radar cerime, Cərimə yoxlanışı, Gomruk kalkulyatoru, Avtomobilin gomruk rusumu, masinin gomruk rusumu, gomruk rusumunu yoxlamaq, gomruk rusumu yoxla, avto gomruk kalkulyatoru, rastamoska rusumu, raztamoska rusumu, gomruk rastamowka rusum, Gömrük rüsumu kalkulyatoru, Avtomobilin gömrük rüsumu yoxlanışı, Cerime yoxlanisi, DYP cerime odenisi, onlayn cerime odenisi, BNA cerime odenisi, DYP Cərimə ödənişi, Cerimeni oyren, Cerimeni oyrenmek, Cerime yoxlamaq, DYP cerime, BNA cerime, dyp cerime yoxla, MMX cerime, radar cerime, Cərimə yoxlanışı, DYP muraciet, Dovlet Yol Polisine muraciet, DYP sikayet, DYP-ne wikyet, qai wikayet, qai sikayet, yol polisine sikayet, cerime sikayeti, mmx sikayeti, cerimeden sikayet dyp, ypx sikayet, YPX muraciet, YPX müraciət, YPX Şikayət, DYP Müraciət, Icbari sigorta, avtosigorta, avtomobil icbari sigortasi, masin sigortasi, sigorta almaq, icbari avto sigorta, icbari sigorta, Icbari sığorta, Avto İcbari Sığorta, Maşın, Nəqliyyat vasitəsi, Imtahana hazirliq, Suruculuk imtahanina hazirliq, DYP imtahanina hazirliq, Onlayn derslik, Sürücülük imtahanına hazırlıq, DYP imtahanına hazırlıq, Onlayn dərslik, Suruculuk vesiqesi, Sürücülük vəsiqəsi, DYP imtahanında verilen suallarç İmtahanda verilən suallar - cavablar

SUALLARA CAVAB ÖDƏNİŞLİDİR !
10 AZN / ONLAYN və TERMİNALLA
RSS
.
captcha

Vaqif

Salam. Avtomobil sesbogucuya mudaxile sebebi ile cerime meydanchasina yerleshdirilib. Cerimeni odeyib, atvomobili evakuatorla servise apara bilerem?

SUAL-CAVAB
21:09 - 04.05.2025
Admin
AvtoStop admin

İlk növbədə avtomobil marka üzrə ölkədə rəsmi distribyutoruna, servisinə müraciət edilməli və səs-küy desibeli ölçülməli, səsboğucuya müdaxiləsi olub-olmaması barədə rəsmi qaydada arayış alınmalıdır.

Sadə avtomobillərdə 74dB, idman üslublu avtomobillərdə 90dB səs desibeli həddi olur.

Əgər müdaxilə olunmayıbsa və səs-küy həddini keçirsə İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə avtomobil nasaz olduğuna görə sizə 50 (əlli) manat cərimə yazılır.
Yox, əgər müdaxilə varsa və səs-küy həddini aşırsa, İ.X.M. 342.3-cü maddəsi ilə 500 (beş yüz) manat cərimə tətbiq olunur.

Əlavə avadanlıq quraşdırıldığı (yerindəcə aradan qaldırılması mümkün olmadığı) təqdirdə avtomobil müvəqqəti saxlama duracağına yerləşdirilə bilər.

Avtomobil nasaz olduğu halda duracağa yerləşdirilməsi isə qanunla tələb oluna bilməz. Çünki, avtomobil nasaz olduqda onun İ.X.M. 98-ci maddəsi ilə istismarı qadağan edilir. Sürücünün idarəetmədən kənaşdırılması tətbiqi digər hallarda 96-cı maddə ilə nəzərdə tutulur.
Avtomobil nasazdırsa, avtomobil evakuatorla servisə (ustaya) aparılır.

Habelə, istənilən halda YPX əməkdaşı tərəfindən protokol tərtib olunmalıdır.

Dövlət orqanlarının və əməkdaşlarının qanunsuz əməlləri və ya hərəkətsizliyi olduğu təqdirdə Respublika Baş Prokurorluğuna (012 961 qaynar xəttinə şifahi) müraciət oluna bilər.

İ.X.M. 98. Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi
Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir.

İ.X.M. 96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda;

İ.X.M. 342.3. Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsi - 500 (beş yüz) manat cərimə tətbiq olunur.

İ.X.M. 342.5. Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı - 50 (əlli) manat cərimə tətbiq olunur.

İ.X.M. 97.2. Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.

Səsboğucuya müdaxilə aşkar edilmədikdə, rəsmi servisdən verilmiş arayış aidiyyatı DYP İdarəsinə təqdim olunur və sadəcə nasazdırsa, cəriməsi ödənilir və evakuatorla müvəqqəti saxlama duracağından çıxarılır.

01:21 - 05.05.2025
Teymur

Salam

Qeyd edilen linkde qezanin sebebkari kimdir? Her 2 surucu qayda pozuntusu edir, lakin qeza sebebkari kimdi? Munkunse bu suali imkan yaranarsa gelecekde Ershad Huseynova da bildirerdiniz

https://fb.com/share/v/1DfcB6THGR/

SUAL-CAVAB
04:15 - 23.04.2025
Admin
AvtoStop admin

Hər iki sürücü xəta törədib. Ancaq qəzanın əsas səbəbkarı arxadan gələn sürücüdür.

Çünki, öndə olan sürücü İ.X.M. 329.3 maddəsini pozaraq, işıq cihazlarından istifadə istifadə qaydasını pozmuş və zolağı dəyişərkən dönmə işıqlarından istifadə etməmişdir. (30 manat)

Lakin, arxada olan sürücü isə İ.X.M. 327.1 maddəsinin iki alt-bəndini pozur. Həm manevr qaydalarını pozur, həm də ara məsafəsi saxlamır.
Ona görə də qəzanın əsas səbəbkarı sayılır.

Habelə, arxada olan sürücü çox güman ki, sürət həddini də aşıb. Döngə olan yerdi və çox güman ki, orada məhdudiyyət 60 km/saatdı. O, isə çox güman ki, minimum 70 km/saat sürəti ilə hərəkət edir, özü də önü görsənməyən əyilən yolda.


İnzibati Xətalar Məcəlləsi:

Maddə 328. Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma
328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - 10 (on) manat;
328.2. Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - 50 (əlli) manat, 2 bal

Maddə 329. Təhlükəsizlik kəmərlərindən, motodəbilqələrdən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması

Maddə 329.3. İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması - 30 (otuz) manat;

Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması
327.1.
- Araməsafəsi
- Əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması - 40 (qırx manat)

11:28 - 24.04.2025
Orxan

Salam. Sumqayıt şəhərində Nərimanov prospekti ilə hərəkət edən zaman Sülh küçəsi ilə kəsişmədə işıqforu düzünə hərəkət edib sola Sülh küçəsinə dönmə etdim. İşıqforun heç bir ayırıcı işığı mövcud deyil. Həmçinin Nərimanov prospektindəki işıqforun yaşıl rəngində düz və sağa işarəsi var idi. Daha sonra isə Sülh küçəsinə daxil olanda sağda işıqforun yaşıl rəngində düz işarəsi və 4.1.1 nişanı var idi. Bu işıqfor və nişan yolun baxış bucağından çox uzaq idi. Həmçinin yerdə heç bir xətlənmə yox idi. YPX əməkdaşı mənə İXM 327.2 ilə protokol tərtib etdi. İzah belə oldu ki orda işıqforda yaşıl rəngdə yalnız düzünə işarə var. Bu halda hansı maddə ilə protokol tərtib olunmalıdı? İşıqfor və yol nişanları hansı qaydalarla tətbiq olunmalıdı ki sürücü onu görə bilsin?

SUAL-CAVAB
18:16 - 05.04.2025
Admin
AvtoStop admin

İşıqforun qadağanedici (qırmızı işıq) yanmadığına görə məcburi istiqamət yol nişanının tələbi pozulduğuna görə İnzibati Xətalar Məcəlləsinin 327 maddəsinin 1-ci bəndi ilə 40 (qırx) manat cərimə tətbiq olunmalı idi.

19:49 - 05.04.2025
Nail

Salam. Köhnə Fəhlə prospektilə (Ağ şəhər)şəhər istiqamətində gedərkən. 4 zolaqlı yoldur. Qeyd edim ki sürət həddi 60 km saat. Yolda sıxlıq yarandığı üçün dönmə işığından istifadə edərək 2 ci zolaqdan 3 cü zolağa daxil olub sürətimi təxminən 15-20 km saat sürətlə artıraraq sağ tərəfdən ötmə əməliyyatı edib sola tərəf 2 ci zolağa daxil olub yoluma davam etdim. Qarşıda YPX inspektoru məni saxladı. Saxlanma səbəbi kimi qeyd etdi ki manevr qaydalarını pozmuşam. Sürət həddini aşmışam. Video görüntü təqdim etdilər. Videoya baxdıqda manevr qaydasını pozduğumu gördüm.Bu qayda pozuntusunun cəriməsinin 750 manat olduğunu qeyd etdilər. Həmçinin sürücülük vəsiqəsinə xitam veriləcəyini qeyd etdilər.

SUAL-CAVAB
00:08 - 02.04.2025
Admin
AvtoStop admin

Sağdan ötmə əməliyyatı edilib, İ.X.M 327.1-ci maddəsi ilə 40 manat cərimə tətbiq olunur.

Sürət həddini aşmağa qaldıqda isə, İ.X.M 122.1-ci maddəyə əsasən yalnız xüsusi təyinatlı avadanlıqlar (kamera radarlar və ipatrul) vasitəsi ilə cərimə ani (real) vaxt rejimində tətbiq oluna bilər.

İstənilən halda, bu iki maddə pozulsa da belə, yenədə İ.X.M 511.1-ci maddəsi tərtib edilə bilməz. Bunun üçün qeyd olunan maddənin meyarlarına uyğunluq olmalıdır.

Əgər, əlavə 1 maddə də pozmuş olsaydınız, bu zaman artıq yuxarıda qeyd olunan maddənin meyarlarına aid edilmiş oluna bilərdi. Artıq təkrar-təkrar davamlı xəta törətmiş olardınız.

İ.X.M. Maddə 511. Avtoxuliqanlıq
511.1. Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə:
511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə;
511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə;
511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manatdan 750 (yeddi yüz) əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Əgər YPX sizdən rüşvət almaq niyyəti varsa yaxud qanunsuz hərəkətlər edirsə, Baş Prokurorluğun (012) 961, Korrupsiyaya qarşı Mübarizə idarəsinin isə (012) 161 qaynar xəttinə şifahi də şikayət edə bilərsiniz.

00:35 - 02.04.2025
Nail

Salam. Avtomobildə duman işıqlarının ləğvinə görə cərimə var? Və duman işıqlarını ləğv etmişəmsə, avtomobil cərimə meydançasına aparıla bilərmi?

SUAL-CAVAB
01:00 - 21.02.2025
Admin
AvtoStop admin

YPX əməkdaşları bunu İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinin tərkibi olaraq görürlər. Lakin, burada hər hansısa tələbin pozulmasından söhbət gedə bilməz. Çünki, minik avtomobillərində ön duman işıqlarının mütləq qaydada olması tələbi yoxdur. Buna əsas: ölkəmizdə tətbiq edilən BMT-nin Avropa İqtisadi Komissiyasının 48 saylı əsasnaməsinin 6.3.1-ci bəndində deyilir ki, avtomobillər üçün ön duman işıqları istəyə uyğun quraşdırıla da bilər (iki ədəd), ləğv oluna da bilər. Nəticə etibarı ilə duman işıqlarının ləğvi qayda pozuntusu hesab edilmir və buna görə avtomobil nə cərimə meydançasına yerləşdirilə bilər, nə də sizə cərimə tətbiq edilə bilər.

01:17 - 21.02.2025
Anar

Salam

Nəqliyyat vasitəsini idarə etmək hüqüqu məhdudlşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsini idarə edilməsinə görə 400 man məbləgində online qaydada MMX vasitəsilə İXM:332.3 maddəsilə cərimə protokolu tərtib olunub.Qayda pozuntusu surət həddini 10 km saat artiq olmuşdur.5 dəq sonra eyni sürücüyə hərəkəti davam etdirdiyinə gorə eyni maşınla,eyni yolda eyni maddə ılə 2-ci 400 AZN məbləgində yeni protokol tərtib olunub.

Bilmək istəyirdim ki,belə hal qanunla necə nizamlanır ?

Əgər hərəkət boyu 5 MMX protokolu yazilibdirsa bu duzgundurmu ?

SUAL-CAVAB
20:38 - 14.02.2025
Admin
AvtoStop admin

Avtomatik tərtib edilən "Elektron Qərarlı" protokol davamlı 5 dəqiqə ərzində təkrar protokol tərtib etməsi normal hal deyil.
Habelə, aydınlaşdırdığımıza əsasən bu sizdə sürücülük hüququ məhdudlaşdırıldıqdan sonra ilk dəfə avtomobili idarə etmək halı olub və buna görə də sizə İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinin 2-ci bəndi ilə protokol tərtib edilməli idi.

DİN-ə və ya BDYPİ-nə onlayn yazılı müraciət edin. 15 iş günü ərzində müraciətə baxılmalı bu 2 protokol ləğv edilməli və İ.X.M. 332.2. maddəsi (200 manat məbləğində) cərimə tətbiq olunmalıdır.

Müraciətə vaxtında baxılmamasına və ya protokol düzgün tərtib olunmamasına görə Baş Prokurorluğa (961 qaynar xəttinə) şikayətlə müraciət edə bilərsiniz.

21:20 - 14.02.2025
Kamran Əlibəyov

Sual.
Avtomobil olkeye yeni gelib ilkin olaraq tranzit nomre alinibdir.
Chevrolet Equinox 2019 ci il arxa qapinin wuweleri zavod olaraq qara rengdedir.
Bunu bele qeydiyyatdan kecirdirler?
Olkeye yeni gelen neqliyyat vasitesinin ilkin qeydiyyat odeniwleri nelerdi ve hansi yoxlaniwdan kecmelidir.?
Ve eger menden ruwvet isteseler ve ged gele salsalar hara wikayet ede bilerem.?
Tewekkur edirem

SUAL-CAVAB
15:43 - 31.01.2025
Admin
AvtoStop admin

Avtomobilin arxa yan və arxa şüşələrinin tündlüyü AZS122-2023 dövlət standartına əsasən ümumiyyətlə tənzimlənmir və tam tünd ola bilər. Buna görə hər hansı irad bildirilə və qeydiyyatdan imtina edilə bilməz.

BDYPİ Qeydiyyat şöbəsinə (Binəqədidə), 3-cü otağa yaxınlaşın.
Nəqliyyat vasitəsi texniki müayinədən və eyniləşdirilmədən keçirilir.
Sənədlər təqdim olunur, blank doldurulur. Rüsumlar ödənilir və çekləri rayon üzrə müfəttişə təqdim olunur.

Mühərrik həcminə görə (1500 sm/kub) dövlət rüsumu - 75 manat;
Qeydiyyat şəhadətnaməsinə görə - 30 manat;
Avtomobilin texniki müayinəsinə görə - 30 manat;
Dövlət qeydiyyat nişanı - 30 manat dövlət rüsumu təşkil edir.

Habelə, xaricdən gətirilən avtomobilin qeydiyyat şəhadətnaməsi (title) xarici dildə olduğu üçün notarial təsdiq edilmiş qaydada tərcümə olunmalı və DYP Qeydiyyat İdarəsinə qeydiyyat zamanı təqdim olunmalıdır.

Dövlət orqanının əməkdaşını tərəfindən rüşvət istənildiyi halda Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin qaynar xəttinə (012 161) zəng edərək, şifahi şəkildə şikayət edə bilərsiniz.

16:01 - 31.01.2025
Turan Novruzov

Salam hər vaxtınız xeyir.Mənim sualım ondan ibarətdir mən avtomobili Xəzər Ladadan lizing yolu ilə əldə etmişəm aylıq olaraq mənə ödənişdən sonra yol vərəqəsi verilir.Maraqlanmaq istəyirəm ki lizing müddəti bitib mən Xəzər Ladadan hansı sənədləri almalıyam ki öz adıma rəsmləşdirə bilim.Avtomobil 3 il əvvəl lizing yolu ilə əldə edilib.İcbarı sigorta şirkət tərəfindən olunub.Heç vaxt çirkətdən maşın almamışam deye ardıcıllıq necə olmalıdı onu bilmirəm.Xahiş edirəm mənə Xəzər Ladadan hansı sənədləri almağımı sonra DYP-da hansı otaqlara yaxınlaşmağı və nə qədər rusum ödəməli olduğum haqqında məlumat verəsiniz.Bir də ki rayon qeydiyyatda olan şəxs lizing yolu ilə alınmış maşını Bakıda qeydiyyata ala bilərmi.

SUAL-CAVAB
21:26 - 30.01.2025
Admin
AvtoStop admin

Lizinq şirkəti alqı-satqı müqaviləsi təqdim edibsə, onun əsasında nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi prosesi həyata keçirilir. Həmçinin DYP İdarəsində lizinq borcunun tam bağlanması haqqında təsdiq üçün lizinq şirkətindən rəsmi məktub da tələb oluna bilər yaxud lizinq şirkətinin rəsmi nümayəndəsi sizinlə orada olmalıdır.

BDYPİ Qeydiyyat şöbəsinə (Binəqədidə), 3-cü otağa yaxınlaşın.
Prosedur adi qaydada keçirilir. Sənədlər təqdim olunur, blank doldurulur. Rüsuma gəldikdə, notariat xərcindən azad olunmuş olursunuz. Digər standart rüsumlar ödənilməlidir.

Mühərrik həcminə görə (1600 sm/kub) dövlət rüsumu - 80 manat;
Qeydiyyat şəhadətnaməsinə görə - 30 manat;
Avtomobilin texniki müayinəsi (keçməyibsə) - 30 manat dövlət rüsumu təşkil edir.

Şirkətə məxsus qeydiyyat nişanı təhvil verilir və yeni qeydiyyat nişanı alınır və bunun üçün 30 manat dövlət rüsumu ödənilir. Bildirdiyiniz 111-999 fərqli seriyalı dövlət qeydiyyat nişanı almaq istəyirsinizsə, 1000 manat rüsum ödənilir.

Digər rayon qeydiyyatında olanlar aidiyyatı Regional DYP İdarəsinə yaxınlaşmalıdır.

22:39 - 30.01.2025
Fəxrəddin Əliyev

Salam,

İstiqlaliyyət küç,. ilə Azərbaycan pr., kəsişməsində, üzü "Qoşa qapı" istıqamətinə "3.1 Giriş qadağındır" nişanı quraşdırılıb və aşağı hissəsində əlavə olaraq 7.4.4 nişanı əlavə edilib(istisna sözü ilə). Eyni yerdə mənədə cərimədə gəlibdir. 100AZN 3.1 nişanının tələbinin pozulması barədə.

Qeyd:
* İstiqlaliyyət ilə hərəkət edən zaman yerdə sağ tərəfdə hərəkət istiqamətini müəyyən edən (DÜZ və SOLA) nişanı çəkilibdir. (VİDEOQEYDİYYAT var)
* Qeyd edilən 7.4.4 nişanının əvəzinə düşünürəm , 7.4.3 nişanı yer almalı idi, çünki İSTİSNA sözünü görməmişəm və yol hərəkət qaydalarında rastlaşmamışam və düşünmüşəm ki, həmin nişan 3.5T yuxarı olan n/v şamil edilir. (Cərimədə şəkillər var)
* Şikayət etmişəm və hələki heç bir cavab yoxdur.

Sual:
1. Qeyd edilən nişanların qanunla düzgün olub/olmaması: İstisna sözünün əlavə məlumat nişanın üzərinə yazılması , halbuki başqa əvəz edici nişan vardır 7.4.3 hansı ki eyni şərtləri əhatə edəcəkdir, qanunla düzgündür ya yox? Və həmçinin yerdə olan nişanlama , hamısı ziddiyad yaratmışdır mənim üçün və əraziyə daxil olmuşdum cərimə nə dərəcədə düzgündür?
2. Şikayətə cavab nə zamana gəlməlidir ? Neçə günə?

Təşəkkür

SUAL-CAVAB
14:09 - 14.01.2025
Admin
AvtoStop admin

7.4.4 yol nişanı 3.1 yol nişanın altına qoyulduqda həmin növ nəqliyyat vasitələrinin girişi qadağandır demək deyil.
7.4.3 və ya 7.4.4 yol nişanı yalnız bu tip avtomobil bu yolla hərəkətə edə bilər anlamına gəlir.

Lakin, bu yolda ümumiyyətlə 3.1 yol nişanı deyil, 3.2 yol nişanı quraşdırılımalı idi. Çünki, orada çalışan və aidiyyəti icazəsi olan qurumun əməkdaşları orada hərəkət edə bilirlər.

Dövlət qurumlarına göndərilən müraciətlərə (Vətəndaşların müraciətləri haqqında Qanuna əsasən) 15 iş günü, əlavə araşdırmaya ehtiyac olarsa, ən geci 30 iş günü ərzində baxılmalıdır.

Yol nişanları üzrə beynəlxalq konvensiyaya əsasən yol nişanlarının üzərində bu tip (istisna və sair) sözlər yazılmır. Qeyd edildiyi kimi, həmin (7.4.3 və sair) nişanlar zatən yalnız həmin tip nəqliyyat vasitəsinin hərəkətinə icazə verir və digər nəqliyyat vasitəsi tipli olanlara hərəkətə icazə vermir.

19:49 - 14.01.2025
Fərrux

İçəri şəhər metrosundan azneft dairesine gelen zaman üzü parkbulvar istiqamətinə gedərkən daireden gelen avtomobilə yol vermemek İXM-nin hansı maddesi ile qanun pozuntusu sayılır? Zəhmət olmasa ətraflı məlumat verərdiz. Mene göre 327.1 olmalıdı, amma cerime 327.2 ile yazılıb.

SUAL-CAVAB
11:47 - 07.01.2025
Admin
AvtoStop admin

Düz yazılıb.

İ.X.M. 327.2. e) Yolayrıcını keçmə qaydalarının pozulması - 100 (yüz) manat və 3 bal cərimə tətbiq olunur.

İnzibati xətanın adından da bəlli olduğu kimi "yolayrıcını keçmə qaydasını" pozduğunuza görə aidiyyəti maddə üzrə məsuliyyət daşımış olursunuz.

12:38 - 07.01.2025
Səhifə: ...