AvtoStop

AvtoStop, AvtostopAZ, AVTOSTOP.AZ, AvtoStop sual-cavab, Sual-Cavab, Suallar, Cavablar, Prava almaq, DYP, YPX, Cerime yoxlanisi, DYP cerime odenisi, onlayn cerime odenisi, BNA cerime odenisi, DYP Cərimə ödənişi, Cerimeni oyren, Cerimeni oyrenmek, Cerime yoxlamaq, DYP cerime, BNA cerime, dyp cerime yoxla, MMX cerime, radar cerime, Cərimə yoxlanışı, Gomruk kalkulyatoru, Avtomobilin gomruk rusumu, masinin gomruk rusumu, gomruk rusumunu yoxlamaq, gomruk rusumu yoxla, avto gomruk kalkulyatoru, rastamoska rusumu, raztamoska rusumu, gomruk rastamowka rusum, Gömrük rüsumu kalkulyatoru, Avtomobilin gömrük rüsumu yoxlanışı, Cerime yoxlanisi, DYP cerime odenisi, onlayn cerime odenisi, BNA cerime odenisi, DYP Cərimə ödənişi, Cerimeni oyren, Cerimeni oyrenmek, Cerime yoxlamaq, DYP cerime, BNA cerime, dyp cerime yoxla, MMX cerime, radar cerime, Cərimə yoxlanışı, DYP muraciet, Dovlet Yol Polisine muraciet, DYP sikayet, DYP-ne wikyet, qai wikayet, qai sikayet, yol polisine sikayet, cerime sikayeti, mmx sikayeti, cerimeden sikayet dyp, ypx sikayet, YPX muraciet, YPX müraciət, YPX Şikayət, DYP Müraciət, Icbari sigorta, avtosigorta, avtomobil icbari sigortasi, masin sigortasi, sigorta almaq, icbari avto sigorta, icbari sigorta, Icbari sığorta, Avto İcbari Sığorta, Maşın, Nəqliyyat vasitəsi, Imtahana hazirliq, Suruculuk imtahanina hazirliq, DYP imtahanina hazirliq, Onlayn derslik, Sürücülük imtahanına hazırlıq, DYP imtahanına hazırlıq, Onlayn dərslik, Suruculuk vesiqesi, Sürücülük vəsiqəsi, DYP imtahanında verilen suallarç İmtahanda verilən suallar - cavablar

SUALLARA CAVAB ÖDƏNİŞLİDİR !
10 AZN / ONLAYN və TERMİNALLA
RSS
.
captcha

Nail

Salam. Avtomobildə duman işıqlarının ləğvinə görə cərimə var? Və duman işıqlarını ləğv etmişəmsə, avtomobil cərimə meydançasına aparıla bilərmi?

SUAL-CAVAB
01:00 - 21.02.2025
Admin
AvtoStop admin

YPX əməkdaşları bunu İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinin tərkibi olaraq görürlər. Lakin, burada hər hansısa tələbin pozulmasından söhbət gedə bilməz. Çünki, minik avtomobillərində ön duman işıqlarının mütləq qaydada olması tələbi yoxdur. Buna əsas: ölkəmizdə tətbiq edilən BMT-nin Avropa İqtisadi Komissiyasının 48 saylı əsasnaməsinin 6.3.1-ci bəndində deyilir ki, avtomobillər üçün ön duman işıqları istəyə uyğun quraşdırıla da bilər (iki ədəd), ləğv oluna da bilər. Nəticə etibarı ilə duman işıqlarının ləğvi qayda pozuntusu hesab edilmir və buna görə avtomobil nə cərimə meydançasına yerləşdirilə bilər, nə də sizə cərimə tətbiq edilə bilər.

01:17 - 21.02.2025
Anar

Salam

Nəqliyyat vasitəsini idarə etmək hüqüqu məhdudlşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsini idarə edilməsinə görə 400 man məbləgində online qaydada MMX vasitəsilə İXM:332.3 maddəsilə cərimə protokolu tərtib olunub.Qayda pozuntusu surət həddini 10 km saat artiq olmuşdur.5 dəq sonra eyni sürücüyə hərəkəti davam etdirdiyinə gorə eyni maşınla,eyni yolda eyni maddə ılə 2-ci 400 AZN məbləgində yeni protokol tərtib olunub.

Bilmək istəyirdim ki,belə hal qanunla necə nizamlanır ?

Əgər hərəkət boyu 5 MMX protokolu yazilibdirsa bu duzgundurmu ?

SUAL-CAVAB
20:38 - 14.02.2025
Admin
AvtoStop admin

Avtomatik tərtib edilən "Elektron Qərarlı" protokol davamlı 5 dəqiqə ərzində təkrar protokol tərtib etməsi normal hal deyil.
Habelə, aydınlaşdırdığımıza əsasən bu sizdə sürücülük hüququ məhdudlaşdırıldıqdan sonra ilk dəfə avtomobili idarə etmək halı olub və buna görə də sizə İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinin 2-ci bəndi ilə protokol tərtib edilməli idi.

DİN-ə və ya BDYPİ-nə onlayn yazılı müraciət edin. 15 iş günü ərzində müraciətə baxılmalı bu 2 protokol ləğv edilməli və İ.X.M. 332.2. maddəsi (200 manat məbləğində) cərimə tətbiq olunmalıdır.

Müraciətə vaxtında baxılmamasına və ya protokol düzgün tərtib olunmamasına görə Baş Prokurorluğa (961 qaynar xəttinə) şikayətlə müraciət edə bilərsiniz.

21:20 - 14.02.2025
Kamran Zeynalli

Salam. 9 fevral 2025 - ci il saat 19:35 radələrində Binəqədi rayonunda Biləcəri-Baksol yolu ilə Azadlıq prospekti kəsişməsində 77-KZ-666 nömrəli avtomobillə hərəkətdə olarkən məni 10-YP-247 dövlət qeydiyyat nişanlı yol patrul xidməti məni saxladı. Qeyd edim ki, mən svetoforun yaşıl işığında Baksol'dan üzü Azadlıq istiqamətinə, yəni sola döndüm. Döş nişanı olmayan və özünü təqdim etməyən polis əməkdaşı mənə qayda pozduğumu və orada məcburi düzünə və sağa yol nişanının, yəni 4.1.4 olduğunu bildirdi. Mən isə qeyd etdim ki, 4.1.4 nişanı kəsişən yolda ortada ayırıcı zolaq olarsa, olar, ikinci kəsişmədə qüvvəsini itirir. İkinci kəsişmədən başqa istiqamətə də getmək olar. Yəni sola dönə bilərəm. Buna baxmayaraq, əməkdaş məni dinləmədi dəfələrlə izah etməyimə baxmayaraq, "Mən yazacam gedib şikayət edərsən"-dedi. Və sürdü getdi. Az sonra şəxsi kabinetimə qərarlı protokol gəldi. Və İXM 327.2 - Svetaforun və ya nizamlayıcının qadağan edici işarəsi verilərkən hərəkətin davam etdirilməsi maddəsi ilə 100 azn 3 bal cərimə olunduğum göründü. Halbuki yuxarıda qeyd etdiyim məsələ ilə bağlı mənə qərarsız protokol təqdim edəcəyini bildirmişdi. Sizə sualım o dur ki, qeyd etdiyim yol kəsişməsində mənim sola dönməyim qanundan kənardırmı ? Və əgər qayda pozmuşamsa yuxarıda qeyd etdiyim maddə ilə cərimə gəlməyi normaldırmı? Və həmçinin protokol qərarlıdırsa mən hara şikayət edə bilərəm?

SUAL-CAVAB
11:41 - 10.02.2025
Admin
AvtoStop admin

Yolayrıcında betondan səki və ya yaşıllıq arakəsmə varsa, məcburi istiqamətləndirici yol nişanının təsiri itmiş olur.

Protokolun qərarından həmin rayon üzrə şikayət ərizəsi yazmaqla, şəkillər və sənədin sürətlərini təqdim etməklə protokolu ləğv etdirə bilərsiniz.

Habelə, yol patrulu müfəttişinin döş nişanının olmamasına görə də DİN-ə (102) şikayət edə bilərsiniz.

Müraciətlərinizə baxılmadığı, ərizə qəbul edilmədiyi halda Baş Prokurorluğa (961) dövlət orqanlarının hərəkətsizliyindən şikayət edə bilərsiniz.

12:47 - 10.02.2025
Kamran Əlibəyov

Sual.
Avtomobil olkeye yeni gelib ilkin olaraq tranzit nomre alinibdir.
Chevrolet Equinox 2019 ci il arxa qapinin wuweleri zavod olaraq qara rengdedir.
Bunu bele qeydiyyatdan kecirdirler?
Olkeye yeni gelen neqliyyat vasitesinin ilkin qeydiyyat odeniwleri nelerdi ve hansi yoxlaniwdan kecmelidir.?
Ve eger menden ruwvet isteseler ve ged gele salsalar hara wikayet ede bilerem.?
Tewekkur edirem

SUAL-CAVAB
15:43 - 31.01.2025
Admin
AvtoStop admin

Avtomobilin arxa yan və arxa şüşələrinin tündlüyü AZS122-2023 dövlət standartına əsasən ümumiyyətlə tənzimlənmir və tam tünd ola bilər. Buna görə hər hansı irad bildirilə və qeydiyyatdan imtina edilə bilməz.

BDYPİ Qeydiyyat şöbəsinə (Binəqədidə), 3-cü otağa yaxınlaşın.
Nəqliyyat vasitəsi texniki müayinədən və eyniləşdirilmədən keçirilir.
Sənədlər təqdim olunur, blank doldurulur. Rüsumlar ödənilir və çekləri rayon üzrə müfəttişə təqdim olunur.

Mühərrik həcminə görə (1500 sm/kub) dövlət rüsumu - 75 manat;
Qeydiyyat şəhadətnaməsinə görə - 30 manat;
Avtomobilin texniki müayinəsinə görə - 30 manat;
Dövlət qeydiyyat nişanı - 30 manat dövlət rüsumu təşkil edir.

Habelə, xaricdən gətirilən avtomobilin qeydiyyat şəhadətnaməsi (title) xarici dildə olduğu üçün notarial təsdiq edilmiş qaydada tərcümə olunmalı və DYP Qeydiyyat İdarəsinə qeydiyyat zamanı təqdim olunmalıdır.

Dövlət orqanının əməkdaşını tərəfindən rüşvət istənildiyi halda Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin qaynar xəttinə (012 161) zəng edərək, şifahi şəkildə şikayət edə bilərsiniz.

16:01 - 31.01.2025
Turan Novruzov

Salam hər vaxtınız xeyir.Mənim sualım ondan ibarətdir mən avtomobili Xəzər Ladadan lizing yolu ilə əldə etmişəm aylıq olaraq mənə ödənişdən sonra yol vərəqəsi verilir.Maraqlanmaq istəyirəm ki lizing müddəti bitib mən Xəzər Ladadan hansı sənədləri almalıyam ki öz adıma rəsmləşdirə bilim.Avtomobil 3 il əvvəl lizing yolu ilə əldə edilib.İcbarı sigorta şirkət tərəfindən olunub.Heç vaxt çirkətdən maşın almamışam deye ardıcıllıq necə olmalıdı onu bilmirəm.Xahiş edirəm mənə Xəzər Ladadan hansı sənədləri almağımı sonra DYP-da hansı otaqlara yaxınlaşmağı və nə qədər rusum ödəməli olduğum haqqında məlumat verəsiniz.Bir də ki rayon qeydiyyatda olan şəxs lizing yolu ilə alınmış maşını Bakıda qeydiyyata ala bilərmi.

SUAL-CAVAB
21:26 - 30.01.2025
Admin
AvtoStop admin

Lizinq şirkəti alqı-satqı müqaviləsi təqdim edibsə, onun əsasında nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi prosesi həyata keçirilir. Həmçinin DYP İdarəsində lizinq borcunun tam bağlanması haqqında təsdiq üçün lizinq şirkətindən rəsmi məktub da tələb oluna bilər yaxud lizinq şirkətinin rəsmi nümayəndəsi sizinlə orada olmalıdır.

BDYPİ Qeydiyyat şöbəsinə (Binəqədidə), 3-cü otağa yaxınlaşın.
Prosedur adi qaydada keçirilir. Sənədlər təqdim olunur, blank doldurulur. Rüsuma gəldikdə, notariat xərcindən azad olunmuş olursunuz. Digər standart rüsumlar ödənilməlidir.

Mühərrik həcminə görə (1600 sm/kub) dövlət rüsumu - 80 manat;
Qeydiyyat şəhadətnaməsinə görə - 30 manat;
Avtomobilin texniki müayinəsi (keçməyibsə) - 30 manat dövlət rüsumu təşkil edir.

Şirkətə məxsus qeydiyyat nişanı təhvil verilir və yeni qeydiyyat nişanı alınır və bunun üçün 30 manat dövlət rüsumu ödənilir. Bildirdiyiniz 111-999 fərqli seriyalı dövlət qeydiyyat nişanı almaq istəyirsinizsə, 1000 manat rüsum ödənilir.

Digər rayon qeydiyyatında olanlar aidiyyatı Regional DYP İdarəsinə yaxınlaşmalıdır.

22:39 - 30.01.2025
Fəxrəddin Əliyev

Salam,

İstiqlaliyyət küç,. ilə Azərbaycan pr., kəsişməsində, üzü "Qoşa qapı" istıqamətinə "3.1 Giriş qadağındır" nişanı quraşdırılıb və aşağı hissəsində əlavə olaraq 7.4.4 nişanı əlavə edilib(istisna sözü ilə). Eyni yerdə mənədə cərimədə gəlibdir. 100AZN 3.1 nişanının tələbinin pozulması barədə.

Qeyd:
* İstiqlaliyyət ilə hərəkət edən zaman yerdə sağ tərəfdə hərəkət istiqamətini müəyyən edən (DÜZ və SOLA) nişanı çəkilibdir. (VİDEOQEYDİYYAT var)
* Qeyd edilən 7.4.4 nişanının əvəzinə düşünürəm , 7.4.3 nişanı yer almalı idi, çünki İSTİSNA sözünü görməmişəm və yol hərəkət qaydalarında rastlaşmamışam və düşünmüşəm ki, həmin nişan 3.5T yuxarı olan n/v şamil edilir. (Cərimədə şəkillər var)
* Şikayət etmişəm və hələki heç bir cavab yoxdur.

Sual:
1. Qeyd edilən nişanların qanunla düzgün olub/olmaması: İstisna sözünün əlavə məlumat nişanın üzərinə yazılması , halbuki başqa əvəz edici nişan vardır 7.4.3 hansı ki eyni şərtləri əhatə edəcəkdir, qanunla düzgündür ya yox? Və həmçinin yerdə olan nişanlama , hamısı ziddiyad yaratmışdır mənim üçün və əraziyə daxil olmuşdum cərimə nə dərəcədə düzgündür?
2. Şikayətə cavab nə zamana gəlməlidir ? Neçə günə?

Təşəkkür

SUAL-CAVAB
14:09 - 14.01.2025
Admin
AvtoStop admin

7.4.4 yol nişanı 3.1 yol nişanın altına qoyulduqda həmin növ nəqliyyat vasitələrinin girişi qadağandır demək deyil.
7.4.3 və ya 7.4.4 yol nişanı yalnız bu tip avtomobil bu yolla hərəkətə edə bilər anlamına gəlir.

Lakin, bu yolda ümumiyyətlə 3.1 yol nişanı deyil, 3.2 yol nişanı quraşdırılımalı idi. Çünki, orada çalışan və aidiyyəti icazəsi olan qurumun əməkdaşları orada hərəkət edə bilirlər.

Dövlət qurumlarına göndərilən müraciətlərə (Vətəndaşların müraciətləri haqqında Qanuna əsasən) 15 iş günü, əlavə araşdırmaya ehtiyac olarsa, ən geci 30 iş günü ərzində baxılmalıdır.

Yol nişanları üzrə beynəlxalq konvensiyaya əsasən yol nişanlarının üzərində bu tip (istisna və sair) sözlər yazılmır. Qeyd edildiyi kimi, həmin (7.4.3 və sair) nişanlar zatən yalnız həmin tip nəqliyyat vasitəsinin hərəkətinə icazə verir və digər nəqliyyat vasitəsi tipli olanlara hərəkətə icazə vermir.

19:49 - 14.01.2025
Fərrux

İçəri şəhər metrosundan azneft dairesine gelen zaman üzü parkbulvar istiqamətinə gedərkən daireden gelen avtomobilə yol vermemek İXM-nin hansı maddesi ile qanun pozuntusu sayılır? Zəhmət olmasa ətraflı məlumat verərdiz. Mene göre 327.1 olmalıdı, amma cerime 327.2 ile yazılıb.

SUAL-CAVAB
11:47 - 07.01.2025
Admin
AvtoStop admin

Düz yazılıb.

İ.X.M. 327.2. e) Yolayrıcını keçmə qaydalarının pozulması - 100 (yüz) manat və 3 bal cərimə tətbiq olunur.

İnzibati xətanın adından da bəlli olduğu kimi "yolayrıcını keçmə qaydasını" pozduğunuza görə aidiyyəti maddə üzrə məsuliyyət daşımış olursunuz.

12:38 - 07.01.2025
Rüstəm

Salam. Men seher saatlarinda avtomobil idare ederken, yol kenarinda dayanan avtomobilin yan guzgusune , menim avtomobilin yan guzgusu deyib. Guzgu qirilib. Bu haqqda melumatim olmayib. Yola davam etmishem. Sonradan melum olubki diger avtomobilin guzgusune deyishmishem. Az once sheher polisinden axtarish shobesinden elaqe saxladilar, 404-cu otaga devet etdiler. Xahish edirem prosedurla bagli melumat teqdim ederdiniz.

SUAL-CAVAB
12:30 - 06.01.2025
Admin
AvtoStop admin

Prosedur dedikdə, sizə cərimə tətbiq oluna bilər.

İ.X.M. 327.6. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması - 150 (yüz əlli) manat və 4 (dörd) bal cərimə tətbiq olunur.

Bu hal istər bilə-bilə olsun, istər bilmədən, istənilən halda inzibati məsuliyyət daşımış olursunuz. Ancaq yenə də, DYP əməkdaşının sizə anlayışlı yanaşmasından asılıdır. Əmlakına ziyan dəymiş şəxslə razılığa gəlinsə və həmin şəxsin şikayəti olmazsa, həm cərimədən, həm də digər lüzumsuz sığorta prosedurlarından azad olmuş olarsınız. Qeyd edək ki, sığorta yolu ilə qarşı tərəfə kompensasiya ödənişi olunarsa, sizin sığorta öhdəliyi əmsalı arta bilər və növbəti illərdə (nəqliyyat vasitələrinin) icbari sığorta ödəniş məbləği artacaqdır.

14:16 - 06.01.2025
Bəxtiyar

Salam. Baki sumqayit yolu ile eve gelirdim. Telesirdim. 1-2 defe otme emeliyyati eledim. Donme isiqini da yandiraraq. Yeni, hec kesle diresib surmurdum. Normal sekilde suretli hereket edirdim suret heddini admamaqla.Qefil arxadan ypx migat elediyini gordum. Saxladim. Dedi manevr qaydasini pozmusan. Dedim pratakol tertib edin. Dedi yox, 3-4 defe pozmusan. Masin duracaga getmelidir. Masini apardilar duracaga, ozu idare eledi masinimi. Hec bir pratakol tertib etmedi. Dedi sabah filan otaga yaxinlas.

SUAL-CAVAB
21:39 - 01.01.2025
Admin
AvtoStop admin

Çox güman ki, sizi avtoxuliqanlıq (İ.X.M. 511.1. maddəsi) ilə təqsirləndirmək istəyirlər. Bu maddə ilə isə qərarı yalnız məhkəmə verir və avtomobilin müvəqqəti saxlama duracağına yerləşdirilməsi kimi də bir tələb oluna bilməz. Bu hallar qanuni deyil. İctimaiətə təhlükəli olduğunuz halda avtomobilin idarəetməsindən uzaqlaşdırıla bilərsiniz. Bu isə yalnız tibbi ekspertizanın qərarından sonra baş verir. Sərxoş və ya narkotik vasitələrin təsiri altında olduğu halda sübut olunarsa, avtomobilin idarəetməsindən sürücü uzaqlaşdırılır və yenə də ekspertiza rəyi olmalıdır.

Manevr etmə qaydaları pozulduğu halda isə İnzibatı Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib edilməli və 40 manat cəriməsi vardır.
İstənilən halda inzibati xəta protokolu tərtib olunmalıdır. Protokol tərtib olunmadan istənilən halda avtomobilin müvəqqəti saxlama duracağına yerləşdirilmə aktı tərtib oluna bilməz.

Videoqeydiyyatçı görüntülərindən də bəlli olduğu halda sübutunuz varsa və əgər sizdən avtoxuliqanlıq etmə adı ilə rüşvət tələb olunarsa, həmçinin protokolun tərtib olunmamasına görə Respublika Baş Prokurorluğuna (012-961 qaynar xəttinə), rüşvət istənilərsə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə də (012-161 qaynar xəttinə) müraciət edə bilərsiniz.

Avtoxuliqanlıq maddəsinin tətbiq edilməsi üçün bir neçə meyar göstəricilər sürücünün etdiyi hərəkətlə təsbit edilməlidir. Üsulu ilə ötmə əməliyyatını həyata keçirmək avtoxuliqanlıq sayıla bilməz.

05:45 - 02.01.2025
Ceyran

Salam.
Mənə şirkət tərəfindən yol vərəqəsi ilə avtomobil təhvil verilib.
Əgər mən sərnişin tərəfdə otursam və həmin avtomobili digər şəxs idarə etsə, bu qanunidir? Bu barədə qanunvrricilikdə əks olunanları bilmək istərdim.

SUAL-CAVAB
21:52 - 21.12.2024
Admin
AvtoStop admin

"ŞƏHƏRDAXİLİ və ŞƏHƏRƏTRAFI SƏRNİŞİN AVTONƏQLİYYATI ÜÇÜN YOL VƏRƏQİ
FORMA № YV-1 - REKVİZİTLƏRİ VƏ ONLARDAN İSTİFADƏ QAYDALARI"na əsasən formada qeyd olunan şəxs və ya şəxslər hüquqi şəxsə məxsus nəqliyyat vasitəsini idarə edə bilərlər. Kənar şəxslərin avtomobili idarə etməsi yol verilməzdir. Habelə, yol vərəqi yazıldıqdan 10 iş günü ərzində bu barədə DYP İdarəsinə hüquqi şəxs məlumat verməlidir.

Yalnız fövqəladə hallar baş verdikdə, yol vərəqi ilə nəqliyyat vasitəsini idarə edən şəxs sərnişin qismində yaralanarsa, xəstələnərsə və ya ştatdan kənar hadisə baş verərsə, kömək məqsədi ilə avtomobili digər şəxs idarə edə bilər.

02:02 - 22.12.2024
Səhifə: ...