AvtoStop

AvtoStop, AvtostopAZ, AVTOSTOP.AZ, AvtoStop sual-cavab, Sual-Cavab, Suallar, Cavablar, Prava almaq, DYP, YPX, Cerime yoxlanisi, DYP cerime odenisi, onlayn cerime odenisi, BNA cerime odenisi, DYP Cərimə ödənişi, Cerimeni oyren, Cerimeni oyrenmek, Cerime yoxlamaq, DYP cerime, BNA cerime, dyp cerime yoxla, MMX cerime, radar cerime, Cərimə yoxlanışı, Gomruk kalkulyatoru, Avtomobilin gomruk rusumu, masinin gomruk rusumu, gomruk rusumunu yoxlamaq, gomruk rusumu yoxla, avto gomruk kalkulyatoru, rastamoska rusumu, raztamoska rusumu, gomruk rastamowka rusum, Gömrük rüsumu kalkulyatoru, Avtomobilin gömrük rüsumu yoxlanışı, Cerime yoxlanisi, DYP cerime odenisi, onlayn cerime odenisi, BNA cerime odenisi, DYP Cərimə ödənişi, Cerimeni oyren, Cerimeni oyrenmek, Cerime yoxlamaq, DYP cerime, BNA cerime, dyp cerime yoxla, MMX cerime, radar cerime, Cərimə yoxlanışı, DYP muraciet, Dovlet Yol Polisine muraciet, DYP sikayet, DYP-ne wikyet, qai wikayet, qai sikayet, yol polisine sikayet, cerime sikayeti, mmx sikayeti, cerimeden sikayet dyp, ypx sikayet, YPX muraciet, YPX müraciət, YPX Şikayət, DYP Müraciət, Icbari sigorta, avtosigorta, avtomobil icbari sigortasi, masin sigortasi, sigorta almaq, icbari avto sigorta, icbari sigorta, Icbari sığorta, Avto İcbari Sığorta, Maşın, Nəqliyyat vasitəsi, Imtahana hazirliq, Suruculuk imtahanina hazirliq, DYP imtahanina hazirliq, Onlayn derslik, Sürücülük imtahanına hazırlıq, DYP imtahanına hazırlıq, Onlayn dərslik, Suruculuk vesiqesi, Sürücülük vəsiqəsi, DYP imtahanında verilen suallarç İmtahanda verilən suallar - cavablar

SUALLARA CAVAB ÖDƏNİŞLİDİR !
5 AZN / ONLAYN və TERMİNALLA
RSS
.
captcha

Cavid

Salam. Avtomobilin Dövlət nömrə nişanını dəyişmək istəyirəm. Tam yeni nömrə almaq istəyirəm. Bunun üçün 30 AZN texniki passport, 30 AZN Dövlət nömrə nişanı üçün ödənişdən əlavə hansısa ödəniş nəzərdə tutulur? Avtomobil ilk dəfə Dövlət qeydiyyatına 2024-cü ilin mart ayında qoyulub.

SUAL-CAVAB
17:33 - 17.05.2024
Admin
AvtoStop admin

Dövlət qeydiyyat nişanını dəyişmək təkrar qeydiyyat sayılır. Yalnız dövlət qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsinin rüsumu ödənilir.
Dediyiniz kimi qeydiyyat şəhadətnaməsinin rüsumu 30 (otuz) manat, (sadə) dövlət qeydiyyat nişanının rüsumu 30 (otuz) manat təşkil edəcək. Bundan başqa rüsum ödənilmir.

Avtomobilin eyniləşdirməsi üçün nəqliyyat vasitənizin mühərrik, ban nömrələrinə və rənginə baxış keçilir. Buna görə də rüsum tələb oluna bilməz.

Sadə olmayan dövlət qeydiyyat nişanları (yəni 001, 002, 003, 004, 005, 006, 007, 008, 009, 100, 200, 300, 400, 500, 600, 700, 800, 900, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 - müxtəlif və qoşa hərf kombinasiyaları ilə) olduqda rüsum 30 (otuz) manat deyil, aidiyyəti kombinasiyalara uyğun olaraq, Dövlət Rüsumu haqqında Qanunun 18.65.6.1-ci maddəsi ilə daha yüksək (1000-3000 manat) ödənişlər tələb olunur.

17:54 - 17.05.2024
Samir

9 ildir ki mən Şövkət Ələkbərova yolu ilə (Funikulyorun yanı) uşaqları məktəbə gətirirəm, səhərlər burda tıxac olur və bir tərəfli işləyir. Bu tıxaca görə Funikulyor ətrafı Neftçilər pros. və Azneft meydanı tam iflic olur. Burada həmçinin XDMX də yerləşir, bu Şövkət Ələkbərova yolunun ortasında, 6-nli Məktəbə yaxın tərəfdə. Yollar səhərlər tıxac olduğundan, XDMX rəsmi DYP-nə müraciət edib ki yolun açıq olmasını təmin etsinlər (DYP verilən məlumata əsasən). Bu ərazi gündəlik olaraq DYP xidməti avtomobilləri vasitəsi ilə, tıxac tez getsin deyə, tənzimlənir və maşınları əks yola çıxmağa işarə edir. 11 may 2024-ci ildə DYP-dən mənə zəng edərək bildirdilər ki kameralardan məlumata əsasən mənə cərimələr tətbiq edilmişdir. Bu qeyd olunandan sonra Asan ödəniş portalında 150 m. cərimə yarandı. Bu gün də 16.05 zəng etdilər ki sizdə əlavə 2 cərimə var, (daha köhnə tarixlərə) ümumi 450 m. və cəmi 12 bal. Bununla bağlı Badamdarda yerləşən DYP BŞBPİ dəvət etdilər. Deyirəm ki protokol dərhal və ani vaxtda vurulmalıdır deyir bu elektron protokol ilə tənzimlənmir XDMX-nin şikayəti var. Amma şikayət kimnləsə bağlı deyil, ümumidir. Şəxsi kabinetimdə 16.05 tarixinə bununla bağlı artıq 150 manatlıq 11.05 zəngdən sonra bir cəriməm var, bu 2 ədədi də əlavə etsələr o deməkdir ki sürücülük vəsiqə məhdudlaşdırılır. DYP-dən isə bildirirlər ki bəs gəlin bura sizə qayda pozuntuları görsədək və bundan sonra sistemə yükləyəcəyik. Burada çıxış yolumuz nədir və nə edək belə yanaşma ilə

SUAL-CAVAB
16:16 - 16.05.2024
Admin
AvtoStop admin

Heç bir dövlət orqanı vətəndaşı şifahi şəkildə, qeyri-rəsmi hər hansı idarəyə dəvət edə və gəlməsini tələb edə bilməz.
Dəvət rəsmi məktubla olmalı, məktubda çağırılma səbəbi, tarixi və dəvət edən məsul şəxsin adı, imzası olmalıdır.
Bu məsələlər Vətəndaşların Qəbulu haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Sizə buna görə cərimə tətbiq oluna bilməz. Çünki, orada nizamlayıcı olub və onun göstərişi ilə hərəkət edibsiniz.

Protokolun sonradan tərtib edilməsi yalnız hər hansı fiziki və ya hüquqi şəxsin (idarə və təşkilatın) şikayət ərizəsi əsasında, TŞ kameralarına baxış keçirərək baş tuta bilər. Şikayətçi olmadığı təqdirdə və bununla yanaşı sübut olmadığı təqdirdə protokol tərtib oluna bilməz. Protokol tərtib olunarsa, protokolun qərarından məhkəməyə şikayət etmə hüququnuz var.


A.R. İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ

Maddə 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir.

Maddə 122.5. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır.

Maddə 101. İnzibati xəta haqqında protokolun tərtib edilməsi müddətləri
101.1. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir.
101.2. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir.
101.3. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir.


Dəvət olunaraq, rüşvət istənildiyi və ya digər qanunsuz hərəkətlərə yaxud hərəkətsizliyə yol verildiyi halda Baş Prokurorluğa (961 və ya 161 qaynar xəttinə) şikayət ünvanlaya bilərsiniz.

18:54 - 16.05.2024
Ramil Rzayev

Salam. 10.05.24 tarixində saat 13:00 radələrinə şirkətimizə aid mercedes sprinter markalı avtomobil şəkidən qayıdarkən şəki postu yaxınlığıda qəzaya düşüb. Qəza nəticəsində niva markalı avtomobillə toqquşub. Qarşı tərəfdə yüngül xəsarət var (sürücünün alnı cızılıb) . Avtomobil qeyd etdiyim tarixdən şəki postunda saxlanılır. Qarşı tərəfə dəyən ziyan 5000 azn in üstündədir. Qarşı tərəfin maşınına dəymiş ziyan 5000 azn den yuxari olduğu halda bizdən nəsə tələb edə bilərmi ? Şirkətimizin avtomobilini təmirə aparmaq istəyirik amma bizə vermirlər. Bildirirlər ki, araşdırmadan sonra veriləcək. Bu qanunidirmi və bizə avtomobil nə vaxt verilməlidir?

SUAL-CAVAB
12:04 - 16.05.2024
Admin
AvtoStop admin

İnzibati Xətalar Məcəlləsinin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılmalı və icraatda olan inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadıla bilər.

Cərimə protokolu tərtib olunduqdan, araşdırma bitdikdən və cərimə ödəndikdən sonra avtomobil nasaz vəziyyətdədirsə, evakuator vasitəsi ilə təmir mərkəzinə aparıla bilər.

Zərərçəkən tərəfin nəqliyyat vasitəsinə və özünə dəyən zərərin xərcini sığorta şirkəti qarşılayır. Bədəndə xəsarət olduğu halda sərnişinlərin hər birinə (habelə sürücüyə) xəsarət dərəcəsinə uyğun 5000 (beş min) manatadək kompensasiya ödənilir. Həmçinin, avtomobilə görə ödəniləcək maksimal məbləğ 5000 (beş min) manat təşkil edir. Bu məbləğdən artıq xərclər olduğu təqdirdə, zərərçəkən tərəf məhkəməyə müraciət edə bilər, iddiası təmin olunduğu halda məhkəmə qərarına uyğun siz tərəfdən ödəniş tələb oluna bilər.


AZƏRBAYCAN RESPUBLİKASININ
İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ,
Maddə 102. İnzibati araşdırma
102.1. Sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır.
102.2. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir.
102.3. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardadda aşağıdakılar göstərilir:
102.3.1. qərardadın tərtib edildiyi yer və tarix;
102.3.2. qərardadı tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
102.3.3. inzibati xəta haqqında iş üzrə icraatı başlamaq üçün səbəblər və əsaslar;
102.3.4. inzibati xətaya görə inzibati məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi.
102.4. İnzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır.
102.5. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır.
102.6. İnzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir.

Maddə 98. Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi
- Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir.

Maddə 97.2. Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.


İcbari sığortalar haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU,
Maddə 56. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri
56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:
56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat;
56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.
56.2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir.

13:24 - 16.05.2024
Tural

Salam. İdarə etdiyim avtomabilin dam örtüyünün 60%-i şüşədir, qalan hissəsinidə qara rəngə boyatdırmışam.Avtomabilin texniki pasportda rəngi Gümüşü metalik qeyd edilib.Yaxınlaşdım Xırdalana BDYPİ-də 1-ci otağa. Durumu izah etdim, orada mənə bunun qanunsuz olduğunu heç bir səbəb göstərmədən texniki pasportu yeniləməkdən imtina etdilər!

SUAL-CAVAB
19:01 - 15.05.2024
Admin
AvtoStop admin

Əgər avtomobilin damının çox hissəsi panorama lyukudursa və şüşəsi qara rəngdədirsə, qala kiçik bir dəmir detalı ağrdırsa, onu qara rəngə rəngəməklə problem yaranmaz. YPX əməkdaşı buna görə cərimə yazmaz. Ancaq, damdan əlavə qapı və ban dirəkləri də rənglənib də, ixtisaslaşdırılmış rənglənmə sexində avtomobil rəngləndikdən sonra arayış alınmalı və DYP İdarəsinin Qeydiyyat şöbəsinə təqdim edilərək, dövlət xəzinəsinə 60 manat (30 manat - qeydiyyat şəhadətnaməsinin dəyişdirilməsinə, 30 manat isə texniki müayinəyə görə) rüsumu ödəməklə qanuni olaraq, avtomobilin yeni qeydiyyat şəhadətnaməsində iki rəng göstərmək olar. Buna görə DYP əməkdaşları sizə imtina edərlərsə, DİN-ə şikayət edə bilərsiniz.
10 iş günü ərzində isə avtomobil təkrar qeydiyyatdan keçirilməlidir.

Avtomobilin rəngi qeydiyyat şəhadətnaməsində yazılı olan rəngdən fərqli olduğu təqdirdə isə, avtomobili YPX əməkdaşı yoxladığı təqdirdə sənəddə olan fərqi aşkarlasa, avtomobil bir başa müvəqqəti saxlama duracağına yerləşdirəcək.

Yol Hərəkəti haqqında Qanun,
Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısı
III. Xarici işıq cihazları
1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda.. nasazlıq aradan qaldırılır.

İnzibati Xətalar Məcəlləsi, Maddə 98. Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi
- Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir.

İ.X.M. 342.5. Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - 50 (əlli) manat cərimə tətbiq olunur. (Cərimə balı mövcud deyil.)

DYP Qeydiyyat şöbəsi təkrar qeydiyyatla bağlı imtina edirsə, bunu rəsmi və yazılı şəkildə etməli, bunun əsasında isə siz məhkəməyə müraciət edə bilərsiniz.

20:40 - 15.05.2024
Mubariz Khudiyev

Salam, 12 may tarixində BŞBPİ DYP - sindən mənə zəng edib bildirdilər ki, bəs Preezidentin Xüsüsi Dövlət Mühafizə Xidmətindən, Şövkət Ələkbərova küç. Funikulyor tərəfə maşınların əks yola (protiv) çıxması və bunun o ərazidə yerləşən idarə üçün problemlərin yaranması ilə bağlı DYP-yə şikayət olunub. Və bu səbəblə DYP bu ərazidəki müşahidə kameralarına baxış keçirərək əks yola çıxan bütün maşınlara qarşı cərimələr tətbiq edirlər. Və bunlardan biri mənə məxsus olan avtomobil 17 və 23 aprel tarixlərində əks istiqamətə girdiyi üçün kameraya düçüb və hərəsi 150 azn olmaqla 300 azn və 8 bal cərimə olunmuşam. Buna görə məni Badamdarda yerləşən DYP BŞBPİ nə 24-cü kabinetə dəvət ediblər.
Nəzərinizə çatdırmaq istəyirəm ki, şəxsi kabinetimdə mənim heç bir cəriməm və balım görsənmir. DYP-dən isə bikldirirlər ki bəs gəlin bura sizə qayda pozuntuları görsədək və bundan sonra sistemə yükləyəcəyik.

Bilmək istəyirəm ki 25-30 gün öncə olan pozuntunu kamerada görüb indi mənə qarşı cərimə tətbiq edə bilərlərmi?

SUAL-CAVAB
16:35 - 15.05.2024
Admin
AvtoStop admin

Heç bir dövlət orqanı vətəndaşı şifahi şəkildə, qeyri-rəsmi hər hansı idarəyə dəvət edə və gəlməsini tələb edə bilməz.
Dəvət rəsmi şəkildə - elektron və ya rəsmi məktubla olmalı, məktubda çağırılma səbəbi, tarixi və dəvət edən məsul şəxsin adı, imzası olmalıdır.
Bu məsələlər Vətəndaşların Qəbulu haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Sizə buna görə cərimə tətbiq oluna bilməz. Çünki, vaxtında protokol tərtib olunmayıbsa, 1 ay müddətinə araşdırma da uzadıla bilməz. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən cərimə protokolları elektron şəkildə və ani tərtib edilməlidir.

Protokolun sonradan tərtib edilməsi yalnız digər vətəndaşın şikayət ərizəsi əsasında, TŞ kameralarına baxış keçirərək baş tuta bilər. Şikayətçi olmadığı təqdirdə və bununla yanaşı sübut olmadığı təqdirdə protokol tərtib oluna bilməz. Protokol tərtib olunarsa, protokolun qərarından məhkəməyə müraciət edə bilərsiniz.

Xüsusi təyinatlı nəqliyyat vasitələrinin sizin getdiyiniz yol zolağını bağlaması və əks yoldan istifadə etməniz inzibati xəta etdiyiniz anlamına gəlmir. Çünki, belə olan hallarda orada YPX müfəttişi, nizamlayıcı olaraq göstəriş verməli və yol hərəkəti təhlükəsizliyini təmin etməli idi. Nizamlayıcının olmaması dövlət orqanının hərəkətsizliyi və vəzifə borclarını yerinə yetirməmə anlamına gəlir. Vətəndaş belə işlərə görə məsuliyyət daşımamalıdır.


A.R. İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ

Maddə 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir.

Maddə 122.5. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır.


Maddə 101. İnzibati xəta haqqında protokolun tərtib edilməsi müddətləri
101.1. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir.
101.2. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir.
101.3. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir.

Maddə 102. İnzibati araşdırma
102.1. Sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır.
102.2. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir.
102.3. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardadda aşağıdakılar göstərilir:
102.3.1. qərardadın tərtib edildiyi yer və tarix;
102.3.2. qərardadı tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
102.3.3. inzibati xəta haqqında iş üzrə icraatı başlamaq üçün səbəblər və əsaslar;
102.3.4. inzibati xətaya görə inzibati məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi.
102.4. İnzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır.
102.5. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır.
102.6. İnzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir.

17:06 - 15.05.2024
Zahir

Mersedes 212 kuza
İli 2009
Motor 2.2 CDi turbo,
Qeydiyyat xərcini bilmək istərdim.
Texniki müayinə talonunun müddəti bitməyib, dövlət qeydiyyat nişanı yerində qalır.

SUAL-CAVAB
11:27 - 15.05.2024
Admin
AvtoStop admin

1. Alqı-satqı müqaviləsinə görə notariat rüsumu 70 manat + 10.50 manat xidmət haqqı = 80.50 manat ;
2. Mühərrik həcminə görə dövlət rüsumu - (2200 sm/kub üçün) 120 manat;
3. Qeydiyyat şəhadətnaməsi rüsumu - 30 manat;
4. Yeni dövlət qeydiyyat nişanına (nömrəyə) ehtiyac olmadığı üçün - 0 manat;
5. Texniki müayinə talonunun müddəti bitmədiyinə görə - 0 manat;

Avtomobili mülkiyyətinizə keçirmək üçün qeydiyyat rüsumlarının cəmi - 230 manat 50 qəpik təşkil edəcək.

QEYD: Texniki müayinənin müddəti bitməyibsə, avtomobilin ban və mühərrik nömrəsinə baxış keçirilməsinə görə rüsum ödənilmir və tələb oluna bilməz.
Habelə, alqı-satqı iki fiziki şəxs arasında aparılırsa, qarşı tərəfə veriləcək məbləğin nağdsız hesablaşma ilə ödənilməsi tələbi də oluna bilməz.
Avtomobilin utilizasiya haqqı kimi 40 manat tələb olunarsa, bu da əsassızdır, dövlət rüsumu haqqında qanuna əlavə edilmədiyi üçün tələb oluna bilməz.

Yuxarıda göstərilən müddəalar Azərbaycan Respublikasının Dövlət rüsumu haqqında və Nağdsız hesablaşmalar haqqında Qanunları ilə tənzimlənir.

11:51 - 15.05.2024
Mushvig

Salam. Men ozum Agdash sheheri qeydiyyatindayam. Aldigim avtomobil 50- seriya nomresi iledir. Meyveliye ve Respublikaniskiya getdim avtomibili aldigim adam ile, mene dediler ki, men Agdashda qeydiyyatda oldugum uchun Yevlaxa gedib orada oz adima kechirmeliyem. Mecbur etibarname goturub indilik ele sururem. Men indi heqiqeten mi Yevlaxa getmeliyem? Eger getmemeliyemse nece ede bilerem? Bir de eger Yevlaxa getmeli olsam, 99 seriya nomresi ile nomre ala bileremmi avtomobile?

SUAL-CAVAB
14:39 - 13.05.2024
Admin
AvtoStop admin

Əgər avtomobilin sahibi (satan şəxs) dövlət qeydiyyat nişanından (nömrəsindən) imtina edirsə, Meyvəlidə olan DYP Qeydiyyat-İmtahan şöbəsində də avtomobili öz mülkiyyətinizə 50 seriyası ilə qeydiyyata sala bilərsiniz.
Yox əgər, avtomobili satan şəxs öz dövlət qeydiyyat nişanından imtina etmirsə və özündə saxlayırsa, siz qeydiyyatdan Yevlaxda olan Regional DYP Qeydiyyat-İmtahan şöbəsində keçərkən 03 və 99 seriyalı dövlət qeydiyyat nişanı ala bilərsiniz.

99 seriyalı dövlət qeydiyyat nişanları ümumölkə seriyasıdır. Lakin, bu seriyada olan nömrə və hərf kombinasiyaları bitməyibsə, Yevlaxda qeydiyyat keçərkən də ala bilərsiniz.

16:51 - 13.05.2024
Cavid

DYP əməkdaşı avtomobilimi saxlayıb arxa stopların dönmə işığının olan hissəsində (ağ olan hissə) qara plyonkanın (vinil yox)olduğunu qeyd edib 342.2.2 maddəsi ilə 150 azn cərimə tətbiq etdi.Cərimə tətbiq etməmişdən sökməyimi bildirdi və 4-5 dəqiqə ərzində öz orijinal vəziyyətinə qaytararaq təmizlədim.Plyonka çox tünd deyildi və qəza işıqlarını yandırdıqda lampa sarı işığının rəngi aydın görsənirdi.Protokoldan şikayət edib ,işə xitam verdirmə şansım varmı?

SUAL-CAVAB
19:25 - 10.05.2024
Admin
AvtoStop admin

Şəffaf qoruyucu vinilə görə cərimə tətbiq oluna bilməz.
Bu protokol qeyri qanuni tərtib olunub. Cərimə protokolunu təhvil alıb, protokolun qərarından (nömrəsi qeyd olunmaqla) aidiyyəti həmin rayon üzrə məhkəməyə şikayət edə bilərsiniz.

Hətta, tündləşdirilmiş vinil belə olsa, avtomobilin stop işıqlarında köhnə avtomobillərdə olduğu kimi işıqqaytarıcılar olmazsa (işıqlar led tipli olarsa), bu da nasazlıq sayılmır və cərimə tətbiq oluna bilməz.

Çox güman ki, YPX müfəttişi sizi İnzibatı Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə cərimə edib. Bu da yalnışdır. Çünki, avtomobilin stop işıqları ban şüşəsi belə sayılmır.

İ.X.M. 342.2.4. Nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi - 150 (yüz əlli) manat cərimə tətbiq olunur.

Yox, əgər həqiqətən I.X.M. 342.2.2-ci maddəsi ilə cərimə protokolu tərtib edilibsə, bu tam aidiyyəti olmayan maddədir.

Sizdə stop işıqlarında problem olsaydı belə sizə İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə cərimə protokolu tərtib edilə bilinərdi.

İ.X.M. 342.5. Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı - 50 (əlli) manat cərimə tətbiq olunur.

İ.X.M. 98. Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi
- Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir.

İ.X.M. 97.2. Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.

Həmin məcəllənin 342.5-ci maddəsi tətbiq olunduqda, nasazlıq yerindəcə aradan qaldırıldıqda, avtomobil müvəqqəti saxlama duracağına yerləşdirilmir.

Əlavə hüquqi yardıma ehtiyac olarsa, (055) 345-50-10 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

23:27 - 10.05.2024
Nicat

Salam
Xaricdən avtomobil idxal etmişəm, rüsümları ödəyib gömrükdən keçirmişəm. Lakin dyp şəhadətnamə və nömrə verməkdə imtina edib və istintaqa göndərib sənədləri.
Səbəb olaraq avtomobildə ban nömrəsinin 3 yerdə olmamasıdı. Yani ön şüşədə və qapıda ban nömrəsi var ancaq “kuza”da ban nömrəsi tapılmadı. İstintaq isə işi uzadır.
Qayıda ilə mən nə addım atmalıyam bu məsələni həll etmək üçün?
Təşəkkürlər

SUAL-CAVAB
14:53 - 08.05.2024
Admin
AvtoStop admin

Avtomobili istehsal edən zavodun Azərbaycanda olan rəsmi distribyutoruna yaxud rəsmi servisinə müraciət edin. Rəsmi servisdən verilən məlumatlar əsasında hərəkət edin. Əgər bu yalnışlıq zavod tərəfindən edilərək, ban nömrəsinin avtomobilin hissəsinə vurulmaması olarsa və ya hər hansı ştatdan kənar hal olarsa, rəsmi servis tərəfindən sənədli və arayışlı düzəliş edilməli və ban nömrəsi detala yazılmalıdır.

Avtomobil istehsalçısının Azərbaycanda rəsmi distribyutoru, rəsmi servisi olmadığı təqdirdə birbaşa elektron müraciət edin.

Onu da qeyd edək ki, ban nömrəsi və ya digər məlumatlar məlumat lövhəsindədirsə və bu məlumat lövhəciklərindən biri yoxdursa, bu problem deyil. Lövhəciklər dublikat məlumatları əks etdirir. Şassi və ya digər detalların identifikasiyası üçün detalın üzərində ban nömrəsi metal üzərinə həkk olunur və bu nömrə olmadığı təqdirdə, digər avtomobillər calaq edilərək satılması riski daşıyır. Bu tip calaq olan avtomobillər isə oğurlanmış, parçalara ayrılmış və digər avtomobillərə donor detallar kimi istifadə olunur.

15:06 - 08.05.2024
Ravil

Salam. Amerikadan maşın gətizdirdim Jeep Wrangler, gömrükdən keçirtdik, indi qalıb DYP qeydiyyatdan keçirmək və nişan almaq amma keçirdə bilmirəm ona görə Vin kod kuzada yoxdur, başqa yerdə qapıda və patpres tərəfində var ancaq ayaq altında yoxdur, indi mən necə eləməliyəm?

SUAL-CAVAB
11:15 - 08.05.2024
Admin
AvtoStop admin

Avtomobili istehsal edən zavodun Azərbaycanda olan rəsmi distribyutoruna yaxud rəsmi servisinə müraciət edin. Rəsmi servisdən verilən məlumatlar əsasında hərəkət edin. Əgər bu yalnışlıq zavod tərəfindən edilərək, ban nömrəsinin avtomobilin hissəsinə vurulmaması olarsa və ya hər hansı ştatdan kənar hal olarsa, rəsmi servis tərəfindən sənədli və arayışlı düzəliş edilməli və ban nömrəsi detala yazılmalıdır.

14:59 - 08.05.2024
Səhifə: ...